Sürücünün avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olması, onu işindən edib. Dünən 525 saylı avtobus xəttinin sürücüsü belə bir qayda pozuntusuna yol verib. Bu gün isə həmin sürücü işdən çıxarılıb. Aidiyyatı qurumxəbərdarlıq edir. Sərnişinlərin həyatını təhlükəyə atan sürücülər müntəzəm bir daha digər marşurut xətlərində işə götürülməyəcək
Avtobus içərisi sərnişinlə dolu şəkildə yanacaqdoldurma məntəqəsinə daxil olub.
Görüntülər ötən gün Bakı-Sumqayıt yolunda sərnişinlərdən biri tərəfindən çəkilib. Aaraşdırma zamanı məlum olub ki, qanun pozuntusunu metronun ''Əcəmi Stansiyası'' yaxınlığından, Masazır Qəsəbəsinə işləyən 525 saylı marşurut xəttində fəaliyyət göstərənsürücü edib.
Məsələ ilə bağlı daşıyıcı şirkətlə əlaqə saxladıq. Şirkətin rəhbəri Rövşən Salamov bildirdi ki, qanunlara əməl edilməsi ilə bağlı sürücülərə mütəmadi olaraq təlimat verilir. buna əməl etməyənlər isə cəzalandırılır.
Bu cür qayda pozuntularına elə sərnişinlərin də münasibəti birmənalıdır.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sector müdiri Nuridə Allahyarova bildirdi ki, qrum tərəfindən həmin görüntülərə baxış keçirilib və daşıyıcı şirkət qarşısında qəti tələb qoyulub. Daşıyıcı şirkət isə öz növbəsində artıq həmin sürücünü işdən kənarlaşdırıb. Nuridə Allahyarova onu da qeyd etdi ki, sürücülər birmənalı olaraq sərnişinlərin həyatını risqə atmamalıdırlar. Əgər yenə də bu kimi hallar təkrarlanaras, həmin sürücülərə güzəşt edilməyəcək və işdən kənarlaşdırılması üçün göstəriş veriləcək. Üstəlik belə qayda pozan sürücülər bir daha digər marşurut xətlərində də sürücü kimi işləyə bilməyəcək.
Paylaş: