Azərbaycan Nazirlər Kabineti “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması Qaydası”nı təsdiqləyib.
Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Bu Qayda büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinə şamil edilir.
Təşkilatların internet informasiya ehtiyatlarında açıqlanan informasiyaya çıxış sərbəst və ödənişsiz olmalıdır. Açıqlanmış informasiyaya müraciət edilməsi zamanı istifadəçinin qeydiyyatdan keçməsi, istifadəçi barədə fərdi və digər məlumatların daxil edilməsi tələb edilmir.
İnternet informasiya ehtiyatlarında açıqlanan informasiya standart proqram təminatları vasitəsilə oxuna bilən, həmçinin mətnin istənilən fraqmentinin köçürülməsinə və axtarışına imkan verən fayl formatında olmalıdır/Report.
Paylaş: