Xəbər lenti

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə MingəçevirYevlax Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkimlər üçün seminar keçirilib.

Ovqat.com bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, dünya təcrübəsində olduğu kimi, icbari tibbi sığorta tətbiq olunduğu pilot ərazilərdə də əhalinin tibbi xidmətlərlə təmin edilməsində Ailə həkimi İnstitutuna xüsusi yer verilməkdədir. Ailə həkimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov seminar iştirakçılarını salamlayıb və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin seminar iştirakçılara ünvanlandığı məktubunu oxuyub: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsas məqsədlərindən biri İlkin Səhiyyə Xidmətlərinin gücləndirilməsi, ailə həkimliyi institutunun inkişaf etdirilməsidir. Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması, onlara beynəlxalq təcrübənin öyrədilməsi olduqca zəruridir. Bununla həm göstərilən tibbi xidmətlərin keyfiyyəti, həm də əhalinin tibbi xidmətlərə əlçatanlığı artırılacaq”.

Seminarda ürək-damar və tənəffüs sistemi xəstəliklərinin erkən aşkarlanması, müasir diaqnostika üsulları və müalicəsi, həmçinin təcili təxirəsalınmaz halların idarə olunmasında ailə həkimlərinin roluna dair mövzular işıqlandırılmış, həkimlərin praktiki bacarıqlarının təkmilləşdirilməsi üçün məşğələlər keçirilmişdir. Seminar Türkiyə Ailə Həkimliyi Dərnəyinin üzvləri Murat Soyal və Hakan Uzun tərəfindən aparılıb. Seminar mayın 27-də də davam edəcək.

Pilot ərazilərdə fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə Agentlik tərəfindən gələcəkdə də təlim və praktiki seminarların keçirilməsi planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 1 171          Tarix: 26-05-2017, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma