Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mayın 27-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman.
Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacağı gözlənilir
Paylaş: