Xəbər lenti

   

“Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından aldığı “Neftçala rayonu ərazisində ekoloji problemlərin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” qrant layihəsi çərçivəsində ardıcıl tədbirlər keçirir.

 

Birlikdən Ovqat.com-a verilən məlumata görə indiyədək Neftçalanın Yeniqışlaq, Mirqurbanlı kəndlərində və Həsənabad qəsəbəsində yerli bələdiyyə nümayəndələri və əhali ilə görüşlər keçirilərək mədənətrafı ərazilərdəki problemləri öyrənilib, bu ərazilərdən seçilmiş 15 nəfərlik məqsədli qrup üçün təlimlər təşkil edilib. Təlim iştirakçlarından seçilmiş monitorinq qrupu “Neftechala Operating Company LTD” və “Azər-Yod MMC”nin mədən ərazilərində müşahidələr-monitorinqlər apararaq bir sıra nöqsanlar aşkar edib, problemlər ictimai birliyin layihə üzrə cəlb etdiyi mütəxəssis- ekoloqun iştirakı ilə təhlil və emal edilərək onların həlli üçün plan-proqram hazırlanıb.

  

Hazırda ictimai birlik yerli neft şirkəti və “Azər-Yod” MMC-nin rəhbər mütəxəssisləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində mədən ərazilərində çirklənmə mənbələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirir. Neftlə çirklənmiş sahələr təmizlənir. Quyularda əsaslı təmir vaxtı əraziyə yaxın yerdə qazılmış çalalar texnoloji rejimə uyğun doldurulur, quyuağzı siyirtmələr bərkidilir. Şirkətlər mədən ərazilərində istehsal prosesi zamanı atılıb qalmış müxtəlif dəmir qırıntıları, tel, lentvari bərkidicilərin ərazidən təmizlənməsinə də diqqət yetirilir.

 

Emil Məmmədov




Ana səhifəyə qayıt        Baxış: 532          Tarix: 28-07-2019, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma