Xəbər lenti

Masallıya istirahət etməyə gələn iki məktəbli Viləş çayında batıb.

Ovqat.com xəbər verir ki, APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq batmış məktəblilərin axtarışlarına başlayıb.

Çayda çimərkən batmış Cəlilabad rayonu Göytəpə şəhər sakini, 15 yaşlı Şəmsəddin Abbasovun meyiti dalğıcların köməyi ilə sudan çıxarılıb. Onunla eyni yaşda olan həmyerlisi Vüsal Abıyevin meyiti isə sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb. Meyitlər müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Qeyd edək ki, məktəblilər müəllimləri ilə birlikdə Masallıya turizm ərazilərini gəzib istirahət etməyə gəlibmiş.




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 29-05-2017, 10:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma