Xəbər lenti

 

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. 

Ali Məclisin Sədri Vasif Talıbovun müvafiq fərmanı ilə Fondun müşahidə şurasının üzvləri təsdiq olunub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının üzvləri aşağıdakı şəxslərdir: 

Hüseynli Ülvi Mötəbər oğlu – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Sultanova Mehriban Paşa qızı – “Şərq qapısı” qəzetinin baş redaktoru

Əliyev Rauf Feyzulla oğlu – “Şərq qapısı” qəzeti baş redaktorunun müavini

Canbaxşıyev Səməd Canbağış oğlu – Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İnformasiya təminatı və saytlarla iş redaksiyasının baş redaktoru

Qənbərov Qafar Tahar oğlu – “Nuh yurdu” qəzetinin redaktoru.\\Demokrat.az




Ana səhifəyə qayıt        Baxış: 483          Tarix: 19-09-2019, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma