Xəbər lenti

 

Naxçıvanın havası, suyu, meyvəsi can dərmanıdır.
Bu torpağın bütün dadlı-tamlı meyvələri kimi göycənin də adı dillər əzbəridir. Bu gün Naxçıvan şəhərində ənənəvi “Göycə” festivalı keçirilib. Festivalda dadı və tamı ilə seçilən Naxçıvan göycəsinin sərgi-satışı təşkil olunub.
Bu meyvədən hazırlanan müxtəlif növ təamları dadmaq və əl işləri ilə tanış olmaq istəyənlər “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək Göycə Festivalında iştirak ediblər.
Ən yaxşı göycə müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Naxçıvanda ötən il də Göycə Festivalı keçirilmişdi. Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanmışdı. /SaqlamHeyat.az/


Festifaldan xüsusi fotoları təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 3-06-2017, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma