Xəbər lenti

 

Bakı-Quba yolunda baş verən yol qəzasında ölən şəxslər bir ailənin üzvləridir.

APA-nın yerli bürosunun məlumata görə, qəza nəticəsində minik avtomobilində olanlar -  1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər. 

***

saat 11:38

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib. 

***

Saat 11:22

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 368          Tarix: 10-10-2019, 12:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma