![](/templates/Wmediat51/images/vetendash.jpg)
Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva və Kamran Nəbizadə Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak etmək üçün sabah Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edəcəklər.
Teleqraf.com xəbər verir ki, toplantida “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi”, “Cenevrə Konvensiyaları-son 70 il ərzində baş vermiş silahli münaqişələr zamanı insanların təhlükəsizliyi və müdafiəsi” mövzularında müzakirələr aparılacaq.
Tədbir çərçivəsində qurumun Demokratiya və İnsan haqları, Dayanıqlı inkişaf, Maliyyə və Ticarət, Sülh və Beynəlxalq Təhlükəsizlik daimi komitələrinin iclasları, habelə Qadın Parlamentarların Forumu keçiriləcək.
Millət vəkilləri yığıncaqlarda müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər.
Paylaş: