Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında uşaq ölümləri ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Hələ bir müddət əvvəl xəstəxananın doğum şöbəsinin müdiri Zəhra Abbasovanın bu işdə adı hallanırdı. Ötən gün isə Bakı sakini 37 yaşlı Günay Axundovanın 7 körpənin xəstəxanada öldürülərək bir qəbirdə basdırılması ilə bağlı dedikləri mediada günün ən səs-küylü və tükürpədici xəbəri olaraq tirajlanıb.
Məsələ ilə bağlı Ak.M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayev Metbuat.az-a açıqlamasında bunları deyib: “Ümumiyyətlə, həm uşaq, həm patoloji hamiləlik şöbəsində çox gözəl mütəxəssislər çalışır. Heç bir problem yoxdur”.
Zəhra Abbasova ilə bağlı isə baş həkim müavini bildirib ki, o, hazırda sözügedən xəstəxanada çalışır:
"Zəhra xanım həkimdir, burada işləyir". / big.az/
Paylaş: