Şou-biznes nümayəndələri bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində şikayətləniblər.
Onlar bu barədə sosial şəbəkələrdə paylaşım ediblər.
“Xırdalan çox pis vəziyətdədir! Yolları bərbaddır! Yazıq Xırdalan sakinləri hər gün bu bərbad yollarla, “lük”lərlə, tıxaclarla necə işə gedib-gəlirlər? Buranın İcra Hakimiyyəti baxmır buraya? Mən buradan köçmüşəm, sevinirəm! Vallah, insanlar əziyyət çəkir!” – deyə şikayətini yazan prodüser-aparıcı Tarix Əliyev (Tolik) Xırdalana səfərini əks etdirən video da paylaşıb.
"Allah səni qorusun. Yaxşı ki, varsan", - deyə müğənni Nazənin də ona dəstək olub.
Aparıcı Humay Muxtarova da Xırdalanla bağlı şikayətini yazıb. Xanım aparıcı bu şəhərdən köçməsi ilə bağlı sevincini ifadə edib: “Elə mən də köçüb canımı qurtardım. Ora xarabalıqdır, sanki".
Əməkdar artist Nigar Şabanova da şikayətçi şou əhlinə qoşulub. Xanəndə yolların bərbad durumda olmasından gileylənib: "Nə yaxşı ki, varsan. Ora elə bir haldadır ki. O yol insanın əsəbini pozur, maşın nə günə düşür..." \\Yeni Sabah
Paylaş: