Xəbər lenti

 

Dövlət Gömrük Komitəsi (DGK) istənilən dövlətlə statistik məlumat mübadiləsi aparmağa hazırdır”.

Bunu “Caspian Europena Club”un üzvləri üçün keçirilən “B2G Forum”unda çıxış edən Komitə sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar qısa müddətə hesablanmayıb: “Əgər ticarət etdiyimiz dövlətlərə bu tip sorğular gedirsə, bu o deməkdir ki, şəffaflaşma ilə bağlı ortada qalan problemlər aşkarlanıb aradan qaldırılacaq. Sevindirici hal odur ki, bəzən bizi “qınayan” dövlətlər korrupsiya və rüşvətxorluqla bağlı son iki ildə ölkə prezidentinin apardığı islahatlardan sonra bizimlə “güzgü statistikası” aparmaqdan boyun qaçırırlar. Bunun da məlum səbəbləri var. Xəyali ixracatla məşğul olan ölkələr var. Özlərinin “kölgə iqtisadiyyatı”ının olması ilə bağlı problemlərin ortaya çıxmasından ehtiyat edən ölkələr var. Əsas odur ki, biz bunu dünyaya bəyan edə bildik. Bu, ölkəmizdəki islahatların şou xarakterli olmadığı, prezidentin bu sahədə prinsipial olduğu barədə mesajdır”. (Report)




Ana səhifəyə qayıt        Baxış: 158          Tarix: 6-12-2019, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma