Bakının mərkəzində xuliqanlıq edən şəxslər saxlanılıb.
Bir neçə şəxs Nizami küçəsində (Tarqovı) içkili halda asayişi pozub. Onlar küçədə təhqiramiz ifadələr işlədib, əllərində bıçaqla dava ediblər. Hətta bir gənc köynəyini də çıxarıb və heç kəsi yaxınına buraxmayıb. Ərazidə xidmət göstərən polis əməkdaşlarının sayıqlığı nəticəsində həmin şəxslər saxlanılıb. \\AZXEBER.COM