Xəbər lenti

 

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ticarət mərkəzinin rəhbəri və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev sahibkarlarla görüş keçirib.

Axar.az xəbər verir ki, görüş zamanı sahibkarlara dəymiş ziyan ilə əlaqədar müzakirələr aparılıb.

Sahibkarlara dəymiş ziyan müəyyən edildikdən sonra EuroHome” tikinti bazarının rəhbərliyi tərəfindən görüləcək işlərin yenidən müzakirə ediləcəyi bildirilib.

Hazırda görüş davam edir.




Ana səhifəyə qayıt        Baxış: 217          Tarix: 13-12-2019, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma