Bakı şəhərində 5 marşrut xətti müsabiqəyə çıxarılıb.
Bakı Nəqliiyyat Agentliyi 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtlərini açıqlayıb.
Şərtlərə görə, sərnişin daşımalarına cəlb olunan daşıyıcı ona həvalə edilmiş marşrutda istifadə edilən nəqliyyat vasitələrinin sayının 10 faizi qədər ehtiyat avtobuslara sahib olmalıdır.
Məqsəd sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməisidir. Bu günə qədər həmin marşrut xətlərindən quruma şikayətlər daxil olub. Üstəlik, sözügedən xətlərdəki avtobusların bəziləri tələblərə cavab vermir.
Sözügedən müntəzəm marşrut xətlərinin hazırki daşıyıcıları da müsabiqədə iştirak edə bilər. Əsas şərt Agentliyin tələblərinə əməl etməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər bu ayın 14-ü saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə mürciət etməlidirlər. Müsabiqə yanvar ayının 31-də Agentlikdə keçiriləcək.\\Xezerxeber.az
Paylaş: