Xəbər lenti

 

Deputatlığa namizədliyim rəsmən təsdiqləndi.

Bunu ikinci dəfə 110 saylı Zaqatala seçki dairəsindən seçkilərə qatılan millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (AMDP) sədri Elşən Musayev deyib.

Qeyd edib ki, namizədliyi bu gün 110 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

“İmzatoplamada əməyi keçən insanlar, imza verən seçicilərim, mənəvi dəstəyini və dualarını üzərimdən əskik etməyən əziz və dəyərli dostlarım. Hər biriniz var olun!”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, E. Musayev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin, Gənclər və idman komitəsinin üzvüdür.

O, Azərbaycanın  tanınmış ziyalılarından olan professor-mərhum Məmmədhənifə Musayevin oğludur. \\Etikxeber.az




Ana səhifəyə qayıt        Baxış: 433          Tarix: 4-01-2020, 23:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma