Xəbər lenti

Ukraynada yanğın zamanı ölən İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.

“Report”un xəbərinə görə, 39 yaşlı İ.Abışov Zaporojye şəhərindəki hosteldə baş verən yanğın zamanı dünyasını dəyişib.

O, Sabirabad rayonunda dəfn edilib.

Qeyd edək ki, hadisə zamanı ümumilikdə 4 azərbaycanlı faciəli şəkildə ölüb.

Yanğına səbəb kimi elektrik sobasının cərəyana qoşulu vəziyyətdə qalması göstərilir.




Ana səhifəyə qayıt        Baxış: 733          Tarix: 10-10-2017, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma