Xəbər lenti

 Cəlilabadda əsl kəndli faciəsi: Taxıl sahələri külə döndü
 Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisində yanğın qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Əliqasımlı kənd sakinləri taxıl sahələrində biçin apararkən qəfildən sahədə yanğın başlayıb. Hadisə yerinə dərhal FHN-nin Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və bir neçə texnikası cəlb edilib. Qısa müddət ərzində yanğın söndürülsə də, kənd sakinlərinə ciddi ziyan dəyib.  Baş vermiş yanğın nəticəsində bir neçə hektar taxıl yanaraq külə dönüb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Kənd sakinləri baş vermiş yanğını "kəndli faciəsi" adlandırıblar. "Bəs kəndli faciəsi necə olur? Aylardır taxıla görə zəhmət çəkmişdik, amma bir göz qırpımında hər şey məhv oldu. Kəndli üçün çörəyin, qış azuqəsinin yanması, əsl faciədir" — deyə taxıl sahələrinin sahibləri əməkdaşımıza verdikləri açıqlamada bildiriblər. Hadisə ilə əlaqədar kənd sakinlərinə müvafiq kompensasiyanın ödənilib-ödənilməyəcəyi sual altındadır.





Ana səhifəyə qayıt        Baxış: 1 050          Tarix: 10-06-2017, 21:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma