Xəbər lenti


Milli Məclisin deputatı Qənirə Paşayeva Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edilib.
 
Ovqat.co
m xəbər verir ki, bu barədə Modern.az-a millət vəkili özü məlumat verib.
 
"Ölkəmizi Asiya Parlament Assambleyasında layiqincə təmsil etmək üçün həmkarlarım Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədovla birlikdə bütün gücümüzlə çalışacağıq. Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmək kimi önəmli və məsuliyyətli bir vəzifəni mənə etimad gostərdikləri üçün Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm. Cənab Prezidentimizin Milli Məclisdə çıxışında ölkəmizi beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil etmək, həqiqətlərimizi daha geniş çatdırmaq, dövlətimizin maraqlarını daha möhkəm qorumaq kimi önəmli tövsiyyələrini Asiya Parlament Assambleyasında yüksək səviyyədə həyata keçirmək üçün həmkarlarımla birlikdə yorulmadan çalışacağıq", - deyə Qənirə Paşayeva bildirib.



Ana səhifəyə qayıt        Baxış: 1 899          Tarix: 27-04-2020, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma