Xəbər lenti

 Xudatda "Opel" markalı avtomobillə "Mercedes" markalı minik maşını toqquşub. Modern.az "Report"a istinadən xəbər verir ki, toqquşma nəticəsində hər iki avtomobil dərəyə yuvarlanıb.

Qəza zamanı 5 nəfər yaralanıb. Bunlar Qusar sakinləri - 1991-ci il təvəllüdlü Cərullayev Tarıyel Muxtadır oğlu və Hacıverdiyev Elşən Rövşən oğlu, həmçinin 1995-ci il təvəllüdlü Səfərəliyev Seymur Zöhrab oğlu, 1991-ci il təvəllüdlü Tağıyev Surxay Valeh oğlu və Xaçmaz sakini 1983-cü il təvəllüdlü Mirzəyev Azər Əbülfəz oğludur. Yaralılardan 4-ü Xudat, 1-i isə Xaçmaz rayon xəstəxanalarına yerləşdirilib. Xudat xəstəxanasında yaralılar arasında Seymur Səfərəliyev və Xaçmazda Reanimasiyaya yerləşdirilən Elşən Hacıverdiyevin vəziyyəti olduqca ağır qiymətləndirilir. Yaralılardan birinin polis əməkdaşı olduğu bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 076          Tarix: 15-06-2017, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma