Xəbər lenti


Oğuz rayonunda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə əlaqədar Komitə Oğuz rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya” ilə əlaqə saxlayıb. Komissiyadan məsələ ilə bağlı istintaq getdiyi barədə məlumat verilib.

Məsələ hazırda Komitənin nəzarətindədir və səlahiyyətləri daxilində faktın araşdırılması istiqamətində iş aparılır.

Qeyd edək ki, rayonun Xaçmaz kənd sakini 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb. 

Günel Hacı




Ana səhifəyə qayıt        Baxış: 1 437          Tarix: 22-05-2020, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma