Xəbər lenti


Bakının Binəqədi rayonunda son iki gündə ikinci cinayət hadisəsi törədilib. Bu dəfə də qurban qadın olub.

Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət mayın 22-də, saat 14:00 radələrində Biləcəri qəsəbəsində yerləşən fərdi evdə baş verib. Burada yaşayan 1952-ci il təvəllüdlü Əlixan Zeynalov 1956-cı il təvəllüdlü həyat yoldaşı Xanım Zeynalovanın boğazını kəsib, sonra polisə gedərək, törətdiyi əməli etiraf edib.

Məlum olub ki, o, ümumilikdə qadına dörd bıçaq zərbəsi vurub. İlkin dindirmə zamanı tutulan şəxs qətli qısqanclıq zəminində törətdiyini bildirib. Ancaq cinayətin ər-arvad arasında ümumi əmlak səbəbindən yaranan münaqişəyə görə baş verdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.  

Qeyd edək ki, mayın 21-də Cavadxan küçəsindəki 1 nömrəli evin liftində 1977-ci il təvəllüdlü Hafiz Əsgərov 1980-ci il təvəllüdlü həyat yoldaşı Könül Əsgərovaya 48 bıçaq zərbəsi vurub və onun boğazını kəsib.

Təqsirləndirilən şəxs bu barədə polisə etiraf edib.

İlkin araşdırma zamanı ağır cinayətin qısqanclıq zəminində törədildiyi məlum olub.





Ana səhifəyə qayıt        Baxış: 1 530          Tarix: 23-05-2020, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma