Xəbər lenti


Bərdədə piyadanın ölümü  ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Uğurbəyli kəndində baş verib.

Belə ki, kənd sakini 1943-cü il təvəllüdlü Bağırova  Həqiqət Qüdrət qızı nəvəsi – 2007-ci il təvəllüdlü Bağırova Məleykə Rövşən qızı ilə yolu keçmək istəyərkən Vəliyev Sərhəd Vəli oğlu idarə etdiyi "Vaz 21-07" markalı minik avtomobili ilə onları vurub.

Ağır xəsarətlər alan qadın rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının nəvəsi isə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli





Ana səhifəyə qayıt        Baxış: 610          Tarix: 28-05-2020, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma