Xəbər lenti


Salyan rayonunun Sarvan kəndində “Moskviç” markalı minik avtomobili su kanalına aşıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.

Regional mərkəzin qüvvə və vasitələrinin köməyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyitləri aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb. Əməliyyat başa çatıb.

APA-nın məlumatına görə, kanalda boğularaq ölən şəxslər ər-arvaddırlar.Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 290          Tarix: 10-06-2020, 15:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma