Xəbər lenti


Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının daha dörd əməkdaşında koronavirusa yoluxma halı aşkar edilib. Bununla da xəstəxanada COVID-19-a yoluxanların sayı 12 nəfərə çatıb.

Bu barədə Azvision.az-a açıqlamasında xəstəxananın baş həkimi Rauf Sadıxov bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçiləri xəstəxananın müxtəlif şöbələrində çalışırlar.
“Neyrocərrahiyə, reanimasiya, travmatologiya və başqa şöbələrin işçiləri arasında yoluxma var. Lakin kütləvi yoluxmadan söhbət gedə bilməz. Bura koronavirusla işləməyən xəstəxanadır və xəstələr müxtəlif travmalarla gəlir, onlara təcili yardım edilir.

Həkimlərimizi maksimum dərəcədə qorumağa çalışırıq, maska taxırlar, əlcək geyinirlər. Lakin kombinezon geyinib travmalı xəstələrə baxmaq mümkün olmur. Koronaviruslu xəstələrlə işləyən xəstəxanada tam qorunan, kombinezon geyinən həkimlər də virusa yoluxur. Yəni belə xəstələrlə gündəlik işləməyənlər də yoluxa bilər. Bu normaldır. Yoluxanlar arasında ağır vəziyyətdə olanlar yoxdur".
R.Sadıxov qeyd edib ki, xəstəxananın tibb heyəti mütəmadi olaraq testlərdən keçirilir:

“Yoluxmaların çoxu təmas nəticəsində baş verib. Xəstə gəlir, koronavirus olduğu bilinir, biz onu başqa xəstəxanaya göndəririk. Onunla kimlər təmasda olursa, həmin şəxsləri potensial daşıyıcı kimi qəbul edirik və analiz edilir. Həkimlər arasında evdə ailə üzvlərindən yoluxanlar da var. Yoluxma hər yerdə ola bilər”.oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 028          Tarix: 2-07-2020, 18:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma