Xəbər lenti


Milli Məclisin qarşısında bir vətəndaş özünü bıçaqla doğrayaraq, intihara cəhd edib.

Ovqat.com xəbər verir ki, gənc oğlanın bu hərəkəti ətrafdakıların da təəccübünə səbəb olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sərxoş vəziyyətdə olan bir şəxs Milli Məclisin qarşısına gələrək Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı öz dəstəyini bildirmək istəyib:
“Həmin şəxs özünə xəsarət yetirərək şəhid olmaq istədiyini bildirib. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən həmin sərxoş şəxsin bu cəhdinin qarşısı alınıb. Daha sonra polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub”.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, özünə xəsarət yetirməyə cəhd edən şəxsin hərəkətlərinin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, ona ilkin tibbi yardım göstərilib və sərbəst buraxılıb.
Quluzadə Orxan əvvəllər analoji əməllərə görə, Cinayət Məcəlləsinin 221.3, 221.2.1 və 126.2.4 maddələri ilə məhkum olunub.
O.Quluzadə intihara cəhd edərkən sərxoş vəziyyətdə olub.



Ana səhifəyə qayıt        Baxış: 3 121          Tarix: 15-07-2020, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma