Xəbər lenti

 

Salyan şəhərində polis özünü yandırıb.

Rayonun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmağa cəhd edib.

Yanında olan polis əməkdaşları tərəfindən vaxtında müdaxilə edildiyindən yanğın söndürülüb. Yüngül yanıq xəsarətləri alan M.Fətiyev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib.

Hadisənin səbəbi hələlik məlum deyi.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Miri Fətiyevin özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:

"Əməkdaş özünü yandırmağa cəhd edib. Əllərindən yüngül xəsarətləri alıb. Hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır. Vəziyyəti qənaətbəxşdir. Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Yoxlamanın nəticəsində əməkdaşın hansı səbəbdən özünü yandırmağa cəhd etməsinin səbəbi məlum olacaq"./Report/




Ana səhifəyə qayıt        Baxış: 574          Tarix: 28-12-2019, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma