Xəbər lenti


Xəbər verdiyimiz kimi, dünən Sumqayıtda dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat yayılıb.  Fövqəladə Hallar Nazirliyi bu gün boğulan şəxslərdən birinin, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil verib. 

Dənizdə batan digər gənc, 2005-ci il təvəllüdlü Vəliyev Pərvizin axtarışları isə davam etdirilir. 
“Qafqazinfo” xəbər verir ki, 15 yaşlı Pərviz tanınmış şair Şaiq Vəlinin oğludur. 

Bu barədə yazıçı Şərif Ağayar sosial şəbəkədə məlumat yayıb:
“Olmur, alınmır. Çox ağırdır. Şaiq Vəlinin sarışın saçlı, ən çox sevdiyi oğlu dənizdə batdı”. 
Qeyd edək ki, şair 2013-cü ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 

Şairin vikipediya hesabında yer alan məlumata görə, ömrünün son illərini Sumqayıtda yaşayan Şaiq Vəlinin 7 övladı dünyaya gəlib. Böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb. Nəticədə, yazarın ailəsi dağlıb.

Bundan sonra ikinci dəfə evlənən Ş.Vəlinin üç övladı olub. 15 yaşlı Pərviz də ikinci evliliyindən dünyaya gələn oğludur.



Ana səhifəyə qayıt        Baxış: 1 932          Tarix: 1-08-2020, 20:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma