
Xəbər lenti
Dünən, 23:30
Dünən, 18:22
Dünən, 15:09
Dünən, 13:56
Dünən, 09:15
8-08-2025, 22:22
8-08-2025, 20:22
8-08-2025, 19:12
8-08-2025, 15:41
8-08-2025, 14:42
8-08-2025, 14:23
8-08-2025, 13:39

Ağdaş rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Rayonun Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu “VAZ 2106” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çinar ağacına çırpılıb. Qəza zamanı avtomobildə olan 3 sərnişin - Kotanarx kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyarov Nəsir Ənvər oğlu, 1998-ci il təvəllüdlü Əliyarov Nəsib Mahmud oğlu və 1998-ci il təvəllüdlü Qəribov Şəmistan Bəhlul oğlu hadisə yerində dünyasını dəyişib.
Sərxoş olan sürücü, Kotanarx kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Səxavət Vidadi oğlu və həmkəndlisi, 1996-cı il təvəllüdlü İsmayılov Səlim Şavəddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar