Xəbər lenti


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından, giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkar ediblər. Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.





Ana səhifəyə qayıt        Baxış: 1 218          Tarix: 24-09-2020, 21:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma