 
Xəbər lenti
		Bu gün, 12:58
	
	
	
		Bu gün, 11:16
	
	
	
		Bu gün, 10:28
	
	
	
		Bu gün, 09:12
	
	
	
		Dünən, 17:12
	
	
	
		Dünən, 15:30
	
	
	
		Dünən, 13:30
	
	
	
		Dünən, 10:30
	
	
	
		29-10-2025, 23:39
	
	
	
		29-10-2025, 22:30
	
	
	
		29-10-2025, 21:39
	
	
	
		29-10-2025, 20:22
	
	
	

Təcavüzkar Ermənistanın cəbhə zonasında yerləşən yaşayış məntəqələrimizi,mülki əhalini aramsız atəşə tutmasına baxmayaraq, cəbhəyanı bölgələrin sakinləri bundan qətiyyən sarsılmır. Əksinə, onlar qüdrətli Ordumuza güvənərək öz doğma yurdlarında həyat və məişətlərinə davam edir, eyni zamanda, dövlətin dəstəyi ilə yeni ailə təsərrüfatlarını qurur, fəaliyyətlərini daha da genişləndirirlər.
Təkcə son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar.
Nazirlikdən Musavat.com-a verilən xəbərə görə, onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edib. Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.
Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub. Proqram çərçivəsində yeni ailə təsərrüfatlarının yaradılması işləri davam edir.
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  
	
Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
  
  
  
  
 





















