Xəbər lenti

 

İyunun 21-də Bakıda - İçərişəhərdə Ümumdünya Yoqa Günü çərçivəsində yoqa festivalı təşkil olunacaq. Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək festivalda paytaxtın sakinləri və qonaqları üçün yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlərlə yanaşı, yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələrin oxunacağı da nəzərdə tutulur.

Ovqat.com bildirir ki, bu barədə AZƏRTAC-a Hindistanın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, festival çərçivəsində iyunun 24-də Sumqayıtda, 25-də isə Suraxanı "Atəşgah"ında müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Festival sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.




Ana səhifəyə qayıt        Baxış: 846          Tarix: 20-06-2017, 20:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma