Xəbər lenti

 
Yadınızdadırsa, bir müddət əvvəl Türkiyəli kamyon sürücüsü Naxçıvan MR gömrüyündən xeyli şikayətlənmişdi. Bildirmişdi ki, Azərbaycan ordusu 44 günlük savaşda qələbə çaldıqdan sonra Naxçıvan MR gömrüyü nədənsə Türkiyəli sürücüləri gözümçıxdıya salıb. Onlardan daha artıq vergi tələb olunur, şikayətlərinə əhəmiyyət verilmir və s. 

İlk video-müraciət bu linkdə

Ovqat.com xəbər verir ki, Ertaç Akkoç adlı həmin sürücü indi də Naxçıvan rəhbərliyinin təhdidi ilə üzləşir.
 
Bir daha Naxçıvana gələcəyi təqdirdə həbs olunacağından çəkinən sürücü həm Türkiyə, həm də Azərbaycan rəsmilərinə aldığı təhdidlər barədə məlumat verib və bu məsələni diqqətdə saxlamağı xahiş edib.
 
İki qardaş ölkə arasında qalmaqal yaşanmasın deyə, Türkiyəli sürücüsü qardaşımızın video-müraciətini əlaqədar qurumların diqqətinə çatdırırıq.

İkinci video-müraciət bu linkdə


Ana səhifəyə qayıt        Baxış: 5 672          Tarix: 14-03-2021, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma