Xəbər lenti


"Jurnalistlər binası"nın komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğunun Mətbuat xidmətindən "Report"a məlumat təsdiqlənib.

Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.



Ana səhifəyə qayıt        Baxış: 3 241          Tarix: 11-06-2021, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma