Xəbər lenti

Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Görüşdən sonra sənədlərin imzalanma mərasimi keçirilirAzərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. 
Sözügedən görüşdən canlı yayını təqdim edirik:

***
İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Görüşdən sonra sənədlərin imzalanma mərasimi keçiriləcək.



***
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Həmin görüntüləri təqdim edirik:

* * *

\Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün gecə saatlarında gəldiyi Bakıda bir sıra təmaslardan sonra xanımı Əminə Ərdoğanla və rəsmi nümayəndə heyəti ilə birlikdə Şuşaya yola düşüb. Türkiyə KİV-ləri Ərdoğanı müşaiyət edən heyətdə müdafiə naziri Hulusi Akarın, prezident administrasiyasının kommunikasiyalar departamentinin rəhbəri Fahrettin Altunun, prezidentin sözçüsü İbrahim Kalının, AKP sözçüsü Ömər Çelikin və digər şəxslərin yer aldığını bildirir.
Ərdoğan və onu müşaiyət edənlər avtomobil korteji ilə Şuşaya yola düşüb. Azərbaycan KİV-ləri xəbər verir ki, Prezident İlham Əliyev Ərdoğanı və onu müşaiyət edənləri Füzuli rayonunda qarşılayıb. Prezidentlərin oradan Şuşaya birlikdə yola düşdüyü bildirilir. Protokola əsasən Ərdoğanın rəsmi qarşılanma mərasimi Şuşanın mərkəzində olacaq.

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.
Xəbər yenilənir...



Ana səhifəyə qayıt        Baxış: 6 554          Tarix: 15-06-2021, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma