Xəbər lenti
27-11-2024, 19:25

 
Qurban bayramı ilk növbədə yardımlaşmaq günüdür. İslam dünyasının müxtəlif ölkələrində bu bayram günü bir araya gələn cəmiyyətlər bayramlaşır, imkanlı insanlar kəsdiyi qurbandan kasıb ailələrə pay ayırır və onları ziyarət edərək həm ayrılmış payı ünvanına çatdırır, həm də onların digər problemləri ilə maraqlanırlar. Bir çox insanları illərlə sıxan problemlər bəzən Qurban bayramının bu xoşməramlı ziyarətlərində çözülür.
 
Ovqat.com-un məlumatına görə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi də hər il Qurban bayramında bu xeyirxahlığı ilə seçilir.
 
Bu gün ziyarət etdiyimiz cəmiyyətin Nəsimi rayon filialı bu təşəbbüsdə nümunəvi xidmət ortaya qoyanlardandır. Filialın sədri Azər Quliyevin rəhbərliyi altında hər Qurban bayramında yüzlərlə heyvan kəsilib şəhid və əlil ailələrinə paylanır. 


 
Filialı ziyarət edərkən xeyli sayda insanın qurban payı almaq üçün qapıda gözlədiyini gördük. Amma öyrəndik ki, filialın Qurban payı payladığı ailələr təkcə bunlar deyil. Filialın üzvləri rayonda yaşayan xeyli sayda əlil və şəhid ailələrinin qapını döyəcək, öz sovqatları ilə onları sevindirəcək.
 
Özü də Qarabağ əlili olan Azər Quliyev hər il də xeyirxah təşəbbüsünü sürdürüb. Bildirdiyinə görə, təkcə bu il 300-dən artıq qurban kəsib, xeyli sayda əlil və şəhid ailəsinə pay göndərəcək. Sözsüz ki, bu ziyarətlərdə o da ailələrin digər problemi maraqlanıb və əli çatan instansiyaların bu işə cəlb olunmasına çalışacaq.


 
Azər Quliyev söhbətimizdə nə qədər insana bu cür yardım göstərəcəkləri barədə danışmaq istəmədi: “Məhəmməd peyğəmbəri gözəl bir sözü var: “Sağ əlin verdiyini sol əl bilməməlidir”. Sizin qurban kəsimini çəkmənizə ona görə razı olduq ki, bu cür təşəbbüslərin nümunə təşkil etmək ehtimalı var. Yəni ölkədəki digər imkanlı adamlar da bu nümunəni götürüb Qarabağ əlili və şəhid ailələrinə yardım edə bilər. Bir çox hallarda yardım etmək istəyənlərin ağlına bu cür təşəbbüslər gəlməyə bilər. Onlara sadəcə nümunə göstərmək lazımdır. Biz də bu zərurəti nəzərə alıb sizin bu yardım kampaniyasının fotolarını çəkmənizə izn verdik. Nə qədər ailəyə qurban payı aparmışıq və apacağıq, kimə əlavə nə dəstək vermişik, qoy, bizimlə ailələr və Allah arasında qalsın”.
 
Azər Quliyevin bu hikmətamiz sözləri ilə razılaşdıq və onlara öz işlərində uğurlar arzulayıb ayrıldıq. Nə yaxşı ki, bu cür nəcib insanlarımız var. 
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 661          Tarix: 20-07-2021, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma