Xəbər lenti
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
Xatırlayırsınızsa, 2018-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərin qarşısına çıxıb gen kisədən atmışdı ki, onun idarə etdiyi komitədə əsla rüşvətxorluq, korrupsiya və inhisarçılıq faktı ola bilməz. Bir sözlə, Səfər müəllimin özü və müridləri “peyğəmbər övladı”dır, Kəbədən DGK-ya xüsusi uçan xalça ilə gəliblər. Səfər müəllim onu da bildirmişdi ki, əgər kimin bu iddiaya etirazı varsa, buyursun, fakt ortaya qoysun. Fakt təsdiqini tapsa, Səfər Mehdiyev öz pak qələmi ilə istefa ərizəsi yazacaq və altına da mübarək imzasını qoyacaq.
Hərçənd bir neçə ay əvvəl Səfər müəllimin “müqəddəs” Komitəsindəki korrupsiya əməlləri dövlətin ən etibarlı hüquq mühafizə orqanları tərəfindən üzə çıxarıldı və xeyli sayda gömrük işçisi məsuliyyətə cəlb olundu. Amma nədənsə DGK sədri iki il əvvəl ictimaiyyət qarşısında verdiyi sözü unutdu. Pis burasındadır ki, dövlət qurumları da ona “mübarək vədi”ni xatırlatmadılar.
Görünür, bu cəzasızlıq mühiti DGK-ni o qədər arxayın salıb ki, indi onlar hətta məhkəmə orqanlarının çıxardığı hökmə də məhəl qoymurlar. Deməli faktiki olaraq özlərini hakimiyyətin 3 mühüm qanadından biri sayılan Məhkəmə sistemindən belə, üstün görürlər. Bir sözlə, “DGK-da Səfər Mehdiyevdir, Bağdadda kor xəlifə”.
Rupor.az saytının yaydığı bir məlumat başqa cür qənaətə gəlməyə imkan vermir. Buyurun, məlumatla siz də tanış olun!
“İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Gömrük Komitəsinin vecinə də deyil”.
"Rupor" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli özünün Facebook hesabında yazıb.
O, daha sonra vurğulayıb ki, iki iş adamı xanımla görüşüb. Onların ideyaları var, ölkədə istehsal qurmağı düşünürlər, bizneslərini böyütmək istəyirlər, amma Gömrük Komitəsindən ciddi şikayətləri var.
“Xanımlardan biri "Ambiancemed" şirkətinin rəhbəri Elnarə Əliyevadır, xaricdə təhsil alıb, yaxşı mütəxəssisdir. İyunun 2-si Avropadan ölkəyə Bioloji Qida Əlavəsi məhsulları gətirib.
Şirkətin malını 35 gün TİR-lə birlikdə maşının içərisində saxlayıblar, buna görə 9000 avro əlavə olaraq ödəməli olub. Niyə saxlayıblar?! Çünki sənədlərə görə rüsum 20000 AZN-ə yaxın olduğu halda, əlavə olaraq 40000 pul istənib, sonra 30000 AZN-ə düşüblər (bazardı da elə bil), indi isə bir az daha endirim ediblər, amma xanım iş adamı prinsipial olaraq artıq ödəmək istəmir, qanun nə deyir, onu tələb edir.
İş adamı məhsulu TİR-də qanunsuz saxladıqları üçün Gömrük Komitəsini məhkəməyə verib, məhkəmə ədalətli qərar verib (buna sevindim, açığı), məhsulu məhkəmə qərarı ilə öz depolarına boşaldıblar ki, TİR-ə daha əlavə ödəniş verməsinlər. Məhsul plomb altında saxlanılır, amma hələ də Gömrük Komitəsi məhsulun sənədlərini qəbul edib qanuni ödənişlə rəsmiləşdirmək istəmir.
Belə yanaşma ilə ölkədə necə biznes mühiti olacaq?! Hansı xarici investordan söhbət gedə bilər?! Bu Komitə bu qədırmi önəmli, dəyərlidir ki, dövlət orqanları problemləri görməzdən gəlirlər?! Nə isə...”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar