Xəbər lenti


Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Ovqat.com-a bu barədə məlumat Müdafiə Nazirliyindən verilib.
 
Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
 
Cavab atəşi ilə qarşı tərəf susdurulub və əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
 
 
Qeyd edək ki, Arazdəyəndə məskunlaşmış ermənilərin News.am -a verdiyi açıqlamaya görə, atışmadan əvvəl partlayış səsi eşidilib, sonra sərhəd yaxınlığında yanğın başlayıb. Sakinlərin dediyinə görə, sərhəddəki partlayışdan sonra davamlı atəş səsləri eşidilir.


Ana səhifəyə qayıt        Baxış: 3 389          Tarix: 6-08-2021, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma