Xəbər lenti

“İndi biz Laçın rayonuna gedirik. Kəlbəcər şəhərinə sonra gedəcəyik”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri zamanı deyib.

“Laçında bu gün hava limanının təməli qoyulacaq. Kəlbəcər-Laçın yolu da yenidən ən yüksək səviyyədə qurulacaq. Və indicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək”, - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.



Ana səhifəyə qayıt        Baxış: 2 708          Tarix: 17-08-2021, 00:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma