Xəbər lenti
Dünən, 19:25

Xalq artisti Alim Qasımovun kürəkəni həbs olunub.

 "Report"xəbər verir ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlanov oğurluqda təqsirləndirilir. Belə ki, E.Mövlanov Alim Qasımovun evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baxılır.

Bu gün məhkəmənin baxış iclası keçirilib. Zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyi üçün proses təxirə salınıb.

Növbəti iclas sentyabrın 30-a təyin olunub.

Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4. (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ittiham olunur.



Ana səhifəyə qayıt        Baxış: 3 102          Tarix: 24-08-2021, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma