Xəbər lenti

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin prosesi davam etdirilib.

ONA xəbərinə görə ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Telman Quliyev ifadə verib.

O, S. İbrahimovu tanımadığını, 2014-cü ildə "Avesta" şirkətindən ev aldığını, daha sonra həmin mənzili iki iki otaqlı mənzillə dəyişdiyini deyib: "Həmin evlərdən biri başqa şəxsə satılmışdı. Məni içəri belə buraxmadılar. Mən həmin evə görə şikayətçiyəm".

Təqsirləndirilən şəxs söyləyib ki, zərərçəkmişin qeyd etdiyi mənzilə heç bir aidiyyatı yoxdur.

Məhkəmədə elan olunub ki, iş üzrə dindirilməmiş 12 zərərçəkmiş ifadə verməyib, onlar məhkəmə çağırışlarına əməl etmirlər.

Məhkəmə həmin zərərçəkmişlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə onlara 2 milyon manat ziyan dəyib. Məlumata görə, S. İbrahimov dəymiş zərərin bir qisimini ödəyib.




Ana səhifəyə qayıt        Baxış: 758          Tarix: 6-03-2019, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma