Xəbər lenti

Yaxın iki gün ərzində ölkə ərazisindən bu cür hava şəraiti davam edəcək, bəzi bölgələrdə temperatur 43 dərəcəyə yüksələcək.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu 33-38 dərəcə olacaq, bəzi yerlərdə 39 dərəcəyə yüksələcək: “Bölgələrdə də dəyişkən buludlu hava şəraiti müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Bölgələrdə havanın temperatur 35-40 dərəcə olacaq. Naxçıvan Muxtar Respublikası və Aran rayonlarında 42-43 dərəcəyə yüksələcək. Dağlıq rayonlarda temperatur 27-32 dərəcə olacaq”.

A.Verdiyevin sözlərinə görə, hazırda ölkə ərazisində müşahidə edilən temperatur normadan 2-3 dərəcə yüksək olsa da, bu qeyri-adi hal deyil. Əvvəlki illərdə də iyul ayının ilk günlərində bu cür temperatur müşahidə edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 718          Tarix: 3-07-2017, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma