Xəbər lenti
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
Baş Prokurorluq sayt rəhbərinin həbsi ilə bağlı daha bir məlumat yayıb. Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir:
Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb.
Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri kimi – “azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir.
Belə ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə «azadinfo.az» xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif etmiş, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yaymış, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanmışdır.
Qeyd edilənlərlə bağlı 09 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulmuşdur.
10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edərək, kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə etik normalara riayət edilməsini və bu kimi sui-istifadə hallarının qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətinə səbəb olduğunu bildirir.
Habelə, bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki səhifələrinə məlumat verilməsini tövsiyə edir.
***
"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Mehman Muradlı məlumat verib.
Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun sözlərinə görə, Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 000 manat aldığını etiraf edib: “Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb”.
***
Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.
Xatırladaq ki, Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.
Qeyd edək ki, YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun bir neçə gün öncə pornoqrafik videosu yayılıb. Mahir Xəttab mövzu ilə bağlı R. Göyüşovun fikirlərini öyrənib. Sentyabrın 9-da isə sosial şəbəkələrdə Mahir Xəttabın Binəqədi Rayon Təşkilatının sədr əvəzindən hədə-qorxu ilə pul tələb etdiyi barədə iddialar yayılıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar