Xəbər lenti

Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədov qətlə yetirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onu iş otağında bıçaqla öldürüblər.

Polis qətli törətməkdə şübhəli bilinən Mirhadi Bağırovu saxlayıb. O, həmin qurumda mühasib vəzifəsində çalışırmış.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.



Ana səhifəyə qayıt        Baxış: 1 845          Tarix: 8-10-2021, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma