Xəbər lenti
Bu gün, 19:25

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.



Ana səhifəyə qayıt        Baxış: 3 331          Tarix: 9-12-2021, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma