Xəbər lenti

İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf I müavin təyin edilib. Bununla bağlı , Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

R.Nəcəf 1982-ci ildə Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.
2007-2008-ci illərdə Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.
2003-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.
2008-2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olub.
2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
Ölkə prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Ölkə prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini təyin edilib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
3-cü dərəcəli dövlət müşaviridir.
Evlidir, 2 övladı var.

Prezident İlham Əliyev  sərəncami ilə  Azərbaycanın iqtisadiyyat nazirinə daha bir müavin təyin edilib.Sərəncama əsasən, sözügedən vəzifə nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Sahib Məmmədova həvalə olunub.
Sahib Məmmədov 1978-ci ildə anadan olub.
2000-ci ildə Kiyev Dövlət Universitetinin “Beynəlxalq hüquq” fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pilləsini bitirib. 2008-ci ildə İqtisad Universitetindən Maliyyə və kredit ixtisası üzrə məzun olub. Müxtəlif beynəlxalq kurslarda iştirak edib. 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı Ofisində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində çalışıb.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini olub. 2020-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, 23 dekabr 2021-ci ildə isə iqtisadiyyat nazirinin müavini təyin edilib.

Prezidentin müvafiq sərəncamları ilə 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə “Tərəqqi” medalları ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.


Ana səhifəyə qayıt        Baxış: 2 903          Tarix: 24-12-2021, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma