Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Tağı Əhmədovun məhkəmədə dindirilməsi tələb olunur.
Tağı Əhmədovun YAP-ın Yasamal təşkilatının binasında ona sələmlə pul verdiyini, qaytara bilməyəndə isə onu döydüyünü iddia edən Səadət Xəlilov bunu tələb edir. Xəlilovun vəkili Hafiz Ələsgərov fevralın 4-də məhkəmədə bu barədə vəsatət qaldırıb. Vəkil deyir ki, aylardır bu məhkəmə prosesi davam edir və hər iclasda da Tağı Əhmədovun adı çəkilir.
Xəlilov 2 milyon manatlıq dələduzluqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, o, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən mərmər biznesi adıyla pul alıb, sonra onu aldadaraq geri qaytarmayıb. Əliyev də bu iş üzrə zərərçəkmiş qismində tanınıb.
Xəlilov isə deyir ki, yalandır. Pulun sahibi Əhmədovdur. Onun sözlərinə görə, "Bakı Metropoliteni"nin sabiq rəisi pulu ona faizlə verib. Əvvəl 200 min, sonra 800 min, daha sonra 1 milyon manat sələmlə pul verib. Bunun müqabilində Əhmədova müəyyən qədər faiz də ödənilib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan İran və Qazaxıstandakı tərəfdaşları mərmərləri göndərmədiyindən biznes uğursuzluğa uğrayıb, pulu ödəyə bilməyib. Problemlər yarananda isə Tağı Əhmədovun həm özü, həm də qohumları tərəfindən zorakılığa məruz qalıb.
Xəlilov pulu qaytara bilməyəndə onu YAP-ın binasında döyməsi barədə təqsirləndirilən şəxsin dediklərinə gəlincə, Əhmədov ifadəsində bunu təkzib edib: "Elə şey olmayıb".
Azadlıq.org
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar