Xəbər lenti

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov polisə müqavimətdə ittiham olunub.

APA-nın xəbərinə görə, E. Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib.

Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E. Əmirov 30 sutka həbs edilib.

***

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub. Lent.az xəbər verir ki, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. iddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.

Belə ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb. 

***

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin baldızının - arvadı Qalina Yuryevnanın bacısının oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.



Ana səhifəyə qayıt        Baxış: 4 381          Tarix: 15-02-2022, 17:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma