Xəbər lenti

 Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yay tətili günlərində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlər planı tərtib edilib.
Ovqat.com Muxtar Respublika Əmək və Əhalinn Sosial Müdafiəsi nazirliyinin  mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlər planına uyğun olaraq uşaqların milli və mədəni irsin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu mədəniyyət ocaqlarına, tarixi-memarlıq abidələrinə ekskursiyalarının təşkili nəzərdə tutulub.    
İyulun 7-də sağlamlıq imkanları məhdud 30 uşaq Heydər Əliyev Muzeyini, Naxçıvan Dövlət Tarix Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət edib.

  Muzeylərdə uşaqlara milli dövlətçiliyimiz, tarixi-memarlıq abidələrimiz və tarixi şəxsiyyətlərimiz haqqında ətraflı məlumat verilib.
Tədbir uşaqlarda xoş ovqat yaradıb. Uşaqların muzey və tarixi-memarlıq abidələrinə ekskursiyaları davam edir.




Ana səhifəyə qayıt        Baxış: 1 016          Tarix: 9-07-2017, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma